12px14px16px18px

Azərbaycanda avtomobillərlə bağlı yeni dövlət standartı hazırda istismarda olan maşınlara şamil olunmayacaq

00:45 / 01.03.2012
Bu gün Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) cari ilin may ayının 1-dən Azərbaycanda avtomobil nəqliyyat vasitələrində “ABS” əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalına və istehsalına qadağa qoyulması ilə bağlı mətbuat konfransı keçirilib.
“APA-Economics”in məlumatına görə, tədbirdə komitənin texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin direktoru Namiq Tağıyev bildirib ki, SMPDK-nın təsdiq etdiyi “Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası” AZS 635-2012 dövlət standartının tələblərinə əsasən, bu ilin may ayının 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) “ABS” əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır.
N.Tağıyevin sözlərinə görə, bu qadağa Azərbaycanda qeydiyyata olan bütün avtomobillərə şamil edilir. Belə ki, bu qadağını birbaşa hazırda istismarda olan avtomobillərə aid etmək olmaz, çünki həmin avtomobillər tədricən dövriyyədən çıxacaq.
N.Tağıyev bildirib ki, Rusiyadan Azərbaycana daha çox avtomobil idxal olunmasına baxmayaraq, bu standart qəbul edilən zaman heç bir ölkə əsas götürülməyib.






Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar