12px14px16px18px

Avropa Birliyi Qarabağ münaqişəsinin uzanmasından narahatdır

AVROPA BİRLİYİ ŞURASI ALİ NÜMAYƏNDƏ VƏ AVROKOMİSSİYANI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR POST-KONFLİKT SSENARİ HAZIRLAMAĞA ÇAĞIRIB

11:05 / 29.02.2012
Avropa Birliyi (AB) Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş müşahidə edilməməsindən narahatdır. APA-nın verdiyi xəbərə görə, Brüsseldə AB-nın xarici məsələlər üzrə Şurasında keçirilən iclasının nəticələrinə dair qəbul olunan qərarda belə deyilir.
Qərarda Minsk Qrupunun və Rusiya prezidenti Dimitri Medvedyevin münaqişənin həlli yolunda fəaliyyətə dəstək, eyni zamanda qoşunların təmas xəttində gərginlikdən narahatlıq ifadə olunur. Atəşkəs rejiminin möhkəmləndirilməsi və tərəflər arasında qarşılıqlı etibara nail olunmasının vacibliyi qeyd edilir. Qərarda deyilir: “Sülhə və tərəflər arasında qarşılıqlı etimada nail olmaq yolunda AB fəal dəstək göstərməyə hazırdır. Bununla bağlı AB öz nümayəndələrinin Dağlıq Qarabağa və ətraf rayonlara səfər etməsinə imkan verilməsini zəruri hesab edir”.
Avropa Birliyi Şurası Ali nümayəndə və Avrokomissiyanı Dağlıq Qarabağ münaqişəsinə dair post-konflikt ssenari hazırlamağa çağırıb. Bu ssenari AB-nın prosesdə iştirakı üçün əsas ola bilər. Qərarda Azərbaycanın demokratik islahatların həyata keçirilməsində inkişafa nail olması, insan haqları və əsas azadlıqların təmin olunması, eləcə də korrupsiyaya qarşı mübarizəni gücləndirməsinin vacibliyi də vurğulanır.
AB Şurası, həmçinin Azərbaycanı AŞPA-nın siyasi məhbuslar üzrə xüsusi məruzəçisinə dəvət göndərməyə çağırır.




Bu yazı ( 79 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar