12px14px16px18px

Zakir Qaralov Rafiq Tağının ailə üzvləri ilə görüşüb

11:04 / 29.02.2012
Azərbaycanın baş prokuroru Zakir Qaralov bir müddət əvvəl qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının ailəsini qəbul edib. Yazıçının qardaşı İlqar Tağıyevin APA-ya verdiyi xəbərə görə, görüş zamanı Z. Qaralov cinayət işinin hərtərəfli və obyektiv araşdırıldığını bildirib: “Zakir Qaralov bizim vəsatətlərə baxılması barədə tapşırıq verdi. Bildirdi ki, cinayət işi üzrə araşdırma aparılır, lakin bəzi məlumatların indidən ictimaiyyətə açıqlanması düzgün olmaz”. Qeyd edək ki, bir müddət əvvəl Rafiq Tağının ailəsi Prezident İlham Əliyevə, Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinə və Respublika Baş Prokurorluğuna müraciət edərək, istintaqın hərtərəfli aparılmamağından narazı olduqlarını bildirmişdilər. Xatırladaq ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb, noyabrın 23-də müalicə olunduğu Klinik Tibbi Mərkəzdə vəfat edib. Bununla bağlı başlanan cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.



Bu yazı ( 79 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar