12px14px16px18px

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha iki qərar açıqladı

11:04 / 29.02.2012
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki iş üzrə qərarı açıqlayıb. APA-nın məlumatına görə, 2005-ci il parlament seçkilərində müstəqil namizəd kimi iştirak etmiş Abbas Musa oğlu Atakişiyevin işini araşdıran məhkəmə ona münasibətdə ədalətli məhkəmə hüququnun pozulduğu qənaətinə gəlib, iddiaçıya dəyən mənəvi ziyana görə 7500 avro, məhkəmə xərcləri üçün 1385 avro ödənməsi barədə qərar qəbul edib. Qeyd edək ki, 2005-ci il parlament seçkilərində seçiciləri satın almaq və opponentlərini təhqir etmək iddiası əsasında Abbas Atakişiyevin namizədliyi ləğv olunub.
Avropa Məhkəməsi hazırda Qobustan həbsxanasında ömürlük cəza çəkən 1957-ci il təvəllüdlü Çingiz Paşayevin iddia ərizəsini araşdıraraq ona münasibətdə İnsan haqları Konvensiyasının iki müddəasının pozulması qənaətinə gəlib və iddiaçıya 4800 avro təzminat ödənilməsi barədə qərar qəbul edib.



Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar