12px14px16px18px

Bakıda mərkəzi yollardan biri bağlandı

10:50 / 29.02.2012
Dünən Bakıda mərkəzi yollardan biri bağlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov “Trend”ə bildirib ki, Azadlıq meydanında yeraltı avtomobil duracağının tikintisi ilə əlaqədar olaraq Puşkin küçəsində avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb. Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Neftçilər prospekti istiqamətinə hərəkət edən avtomobillər Üzeyir Hacıbəyov-Azadlıq prospekti-Neftçilər prospekti alternativ yolu ilə hərəkət edə bilərlər. V.İslamov bildirib ki, Puşkin küçəsinin bir neçə gün əvvəldən bağlanması nəzərdə tutulsa da, Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə tədbirlərin keçirilməsi səbəbindən təxirə salınmışdı. Şöbə rəisi qeyd edib ki, hazırda paytaxtda Mətbuat prospekti, Şərifzadə küçəsi, Azadlıq prospektinin bəzi hissələrində təmir işləri aparılır. Təmirlə əlaqədar olaraq həmin küçə və prospektlər hissə-hissə bağlanır. Bakının mərkəzi prospektlərindən biri olan Neftçilər prospektinin yaxın zamanlarda bağlanması isə təxirə salınıb. Vasif İslamov ki, əvvəlcə prospektin əsaslı təmir üçün bağlanılması nəzərdə tutulsa da, sonradan təxirə salınıb. Yaya qədər prospektdə əsaslı təmir aparılmayacaq. Prospektdə yalnız səki daşları dəyişdiriləcək və cari təmir olunacaq. Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” SC-dən bildirilmişdi ki, Neftçilər prospektinin bağlanılması planının hazırlanması yaxın müddətdə başa çatacaq. Prospektin müvəqqəti bağlanması asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar nəzərdə tutulub.




Bu yazı ( 71 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar