12px14px16px18px

Azərbaycanın Çindəki səfiri yaxasına türk bayrağı nişanı taxıb

01:58 / 28.10.2009
    Türkiyənin Çin Xalq Respublikasındakı səfirliyi ölkənin milli bayramı – Cümhuriyyət Günü münasibətilə Pekində banket təşkil edib. APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, mərasimə Azərbaycanın Çindəki səfiri Yaşar Əlyev də qatılıb. Qapıda Türkiyə səfiri Murad Səlim Əsənli ilə qucaqlaşan Y.Əliyev öz yaxasındakı Azərbaycan bayrağı nişanını çıxararaq həmkarının yaxasına, onun yaxasındakı türk bayrağı nişanını çıxararaq isə öz yaxasına taxıb. Tədbirdə Ermənistanın Çindəki səfiri, Çin xarici işlər nazirinin müavini və Çin ordusunun generalları da iştirak edib.


Bu yazı ( 372 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar