12px14px16px18px

Bakıda çeçen və gürcülərdən ibarət mütəşəkkil silahlı dəstə zərərsizləşdirilib

01:53 / 28.10.2009
 
     Azərbaycan paytaxtında oğurluqla məşğul olan çeçen və gürcülərdən ibarət mütəşəkkil silahlı dəstə zərərsizləşdirilib. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən məlumat verilib. Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində 100-ə yaxın mənzili qarət edən dəstə zərərsizləşdirilib. Əməliyyatçılar tərəfindən oğurluq üstündə yaxalanan dəstə üzvləri – milliyyətcə çeçen olan Nuxayev Moqamed Ramzayeviç, Gürcüstan vətəndaşı Kakuadze David Aleksandroviç, Yusubov Eduard və Azərbaycan vətəndaşı Ramiz Nemətovdan silah-sursat da götürülüb. Hazırda mütəşəkkil dəstənin törətdiyi digər cinayətlərin üstünün açılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 



Bu yazı ( 334 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar