12px14px16px18px

Doktoranturaya qəbul qaydaları hazırlanıb

01:50 / 28.10.2009
      Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ali təhsilin doktorantura pilləsinə qəbulun əsasnaməsini və qəbul qaydalarını hazırlayıb. Bu barədə APA-ya AMEA prezidenti Mahmud Kərimov məlumat verib. Onun sözlərinə görə, əsasnamə və qəbul qaydaları yaxın günlərdə Azərbaycan Nazirlər Kabinetinə təqdim olunacaq. AMEA prezidenti deyib ki, bu il Azərbaycanda doktoranturaya qəbul aparılmayacaq: “Əsasnamə və qəbul qaydalarına müvafiq nazirliklər də öz rəylərini verməlidir. Bu rəylər ümumiləşdiriləndən sonra sənəd təsdiqlənəcək. Doktoranturaya qəbul bundan sonra baş tutacaq. Yəqin ki, biz doktorantura mərhələsinə qəbulu gələn il həyata keçirə biləcəyik”.


Bu yazı ( 358 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar