12px14px16px18px

Əhməd Davudoğlu: “Azərbaycan torpaqlarının işğalı Türkiyənin probleminə çevrilib”

“DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNDƏ MÜSBƏT İRƏLİLƏYİŞ OLMADAN PROTOKOLLARIN RATİFİKASİYASINA ÜMİD YOXDUR”

01:09 / 27.10.2009
 




     “Azərbaycan ərazilərinin işğalına son qoyulması Türkiyə-Ermənistan protokollarının Türkiyə parlamentində ratifikasiyası üçün müsbət zəmin yaradacaq”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət irəliləyiş olmadan protokolların ratifikasiyasına hər hansı ümid yoxdur: “Bu cür razılaşmaların təsdiqlənməsi üçün siyasi və psixoloji atmosfer önəmlidir. Biz Konstitusiyaya uyğun hərəkət edirik və parlamentə protokolların ratifikasiyası üçün təzyiq göstərə bilmərik. Parlamentin protokolları təsdiqləməsi üçün siyasi-psixoloji zəmin yaratmaq istəyirik. Bunun üçün sülh danışıqlarında irəliləyiş önəmlidir, çünki Azərbaycan torpaqlarının işğalı Türkiyənin probleminə çevrilib”.

 



Bu yazı ( 381 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar