12px14px16px18px

Qubada silahlı insident baş verib

00:43 / 27.10.2009
       Quba rayonunda silahlı insident baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, hadisə srağagün saat 17.00 radələrində rayonun Paşaoba kəndinə qeydə alınıb. Kənd sakini Orxan Musayev qoşa lüləli ov tüfəngindən açdığı atəşlə həmkəndliləri – 20 yaşlı Xəzər Dadaşova çiynindən, 16 yaşlı Ümid Ruhullayevə isə boğaz nahiyəsindən xəsarət yetirib. Məlumata görə, xəsarət alanlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Ü. Ruhullayevin vəziyyəti ağır olduğu üçün Bakı şəhərindəki Klinik Tibb Mərkəzinə göndərilib. X. Dadaşovun da vəziyyət ağır qiymətləndirilir.
      O. Musayev saxlanılıb. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
      APA-nın şimal bürosunun xəbərinə görə, sonradan ilkin istintaq zamanı müəyyən edilib ki, O. Musayev insident baş verən gün X. Dadaşovun əmisi Əbülfət Dadaşovun evinin qarşısında dayandığını görüb. Ondan qisas almaq məqsədilə yaşadığı evə qayıdan O. Musayev qanunsuz saxladığı ov tüfəngini götürərək idarə etdiyi “VAZ 21011” markalı avtomaşınla X. Dadaşovun yanına gəlib və ona atəş açıb. Bu zaman X. Dadaşovla birlikdə hadisə yerində olan Ü. Ruhullayev də xəsarət alıb.
     Quba rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, O. Musayev ilkin ifadəsində hadisəni namus üstündə törətdiyini deyib. Təqsirləndirilən, Ü. Ruhullayevin təsadüf nəticəsində xəsarət aldığını açıqlayıb.
 



Bu yazı ( 346 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar