12px14px16px18px

Bakıda iş adamı sifarişlə qətlə yetirilib

00:16 / 27.10.2009
 
 
     Azərbaycan paytaxtında iş adamı xüsusi amansızlıqla qətlə yetirilib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qətl sifariş əsasında həyata keçirilib. Bakı şəhəri, Balaxanı qəsəbəsi ərazisində yerləşən zibillikdə naməlum kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə Bakı şəhər Baş Polis İdarəsinin, Bakı şəhər Prokurorluğunun, Sabunçu rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu gedib. Araşdırmalar nəticəsində meyitin şəxsiyyəti müəyyənləşib. Qətlə yetirilən şəxsin Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Xanbəyi Zamanov olduğu müəyyən edilib. O, öz maşınında “Naqan” tipli tapança ilə öldürüldükdən sonra yandırılıb.
 Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində ağır qətl hadisəsinin üstü açılıb. Artıq qətli törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Nemət Şəmil oğlu Abdullayev və 1983-cü il təvəllüdlü Samirə Əvəz qızı Əzimova polis tərəfindən saxlanılıblar. Saxlanılan şəxslər qətli sifariş əsasında həyata keçirdiklərini bildiriblər. Lakin istintaq sirri olduğundan hələlik qətli sifariş edən şəxsin adı açıqlanmır.
     Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 



Bu yazı ( 340 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar