12px14px16px18px

Azərbaycanın Gürcüstandakı səfiri patriarx II İlya ilə görüşüb

00:11 / 27.10.2009
 
     Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Gürcüstan katalikosu, patriarx II İlya ilə azərbaycanlıların kompakt yaşadığı bölgələrdə fəaliyyət göstərən məscidlər barədə fikir mübadiləsi aparıb. Bu barədə APA-nın Gürcüstan bürosuna N.Əliyev bildirib. Səfir bərpası dayandırılmış Faxralı və Ağtəhlə kənd məscidləri barədə patriarxın fikirlərini öyrənib: “Biz hər iki məscidlə bağlı müzakirə apardıq. Patriarx ikinci İlya bildirdi ki, məscidlərlə bağlı son zamanlar baş verən proseslərdə onun başçılıq etdiyi idarənin əli yoxdur”.
      II İlya Azərbaycan səfiri ilə müzakirələr zamanı qeyd edib ki, bu kimi hadisələrin qarşısını almaqda Gürcüstan dövləti daha fəal olmalıdır.
     N. Əliyev təəssüflə qeyd edib ki, Azərbaycan-Gürcüstan dostluğuna qarşı çıxan qüvvələr var: “Mən bunu Gürcüstan dövlətinin təmsilçilərinə və patriarxa çatdırdım. Siyasi xadimlər, alimlər, adi insanlar, eyni zamanda jurnalistlər də bu qüvvələrin qarşısını almağa çalışmalıdırlar. Bu qara qüvvələr öz məkrli siyasətlərini həyata keçirə bilməyəcəklər. Bu mümkün olan iş deyil. Biz də onun qarşısında dayanacağıq”.
 



Bu yazı ( 322 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar