12px14px16px18px

Meşə ərazisində olan qanunsuz tikili sökülüb

01:09 / 18.05.2012
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 72-ci kvartalının 15-ci bölməsində qanunsuz tikinti aparılması ilə əlaqədar daxil olmuş şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə Qəbələ rayonu Vəndam kənd sakini Coşqun Bağırov tərəfindən əhaliyə iaşə xidmətinin göstərilməsi məqsədilə qanunsuz olaraq (20 m2 və 32 m2 ölçüdə) istirahət və mətbəx təyinatlı otaqların inşa edildiyi müəyyən olunub. Sözügedən qanunsuz tikililər təqsirkar şəxs tərəfindən könüllü olaraq sökülüb. C.Bağırov tərəfindən meşə sahəsində qanunsuz olaraq əsaslı tikinti aparılması nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.10.1998-ci il tarixli 219 saylı Qərarının tələbləri pozulmuş, lakin qanunpozucusu barəsində Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən qanunamüvafiq qaydada tədbir görülmədiyi üçün ETSN tərəfindən müəssisənin direktoru barəsində qanunvericiliyə uyğun qaydada intizam tənbeh tədbiri görülüb. Meşə fondu torpaqlarında qanunsuz olaraq əsaslı tikintilərin inşa edilməsinə qarşı nəzarətin gücləndirilməsi məqsədilə isə Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə və 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə ciddi tapşırıqlar verilib. BƏXTİYAR


Bu yazı ( 64 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar