12px14px16px18px

Bakıda Mərkəzi Bank Sədrləri Klubunun toplantısı keçirilib

00:32 / 15.05.2012
Mərkəzi Bankın (AMB) təşkilatçılığı ilə Mərkəzi Asiya, Qara Dəniz Regionu və Balkan ölkələrinin Mərkəzi Bank Sədrləri Klubunun (Klub) növbəti 27-ci toplantısı keçirilib. Bankdan verilən məlumata görə, toplantı Kluba üzv dövlətlərin mərkəzi bankları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunub. Tədbir çərçivəsində tanınmış beynəlxalq ekspertlərin təqdimatında Avrozonanın borc problemi və onun Avropa İttifaqının üzvü olmayan Avrasiya ölkələrinə təsiri, qlobal maliyyə stabilliyi və inkişaf etməkdə olan bazarlarda kontr-tsiklik makroprudensial nəzarətin rolu mövzuları və bu sahədə üzv dövlətlərin təcrübəsi müzakirə edilib. Mərkəzi Bankın sədri Elman Rüstəmov toplantıda “Azərbaycanda makroiqtisadi siyasət: orta müddətli çağırışlar və prioritetlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda makroiqtisadi siyasət və makroprudensial nəzarət sahəsində görülmüş tədbirlər, əldə olunmuş nəticələr və yeni çağırışlar nəzərə alınmaqla gələcək vəzifələr əhatə olunub. Klubun növbəti toplantısına Azərbaycan Mərkəzi Bankının ev sahibliyi etməsi ölkəmizin, o cümlədən AMB-nin beynəlxalq imicinin daha da yaxşılaşmasına mühüm töhfə olub. Qeyd edək ki, Klub 1998-ci ildə mərkəzi bank sədrlərinin regional görüş mexanizmi olaraq region bankları arasında əməkdaşlığın inkişafı, koordinasiya və təcrübə mübadiləsi məqsədilə yaradılıb. Hazırda, Klubun Azərbaycan da daxil olmaqla 21 üzvü var. Həmçinin, Bakıda təşkil edilmiş toplantıda Çexiya Milli Bankının Kluba üzvlük məsələsi rəsmi olaraq təsdiqlənib. BƏXTİYAR


Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar