12px14px16px18px

Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın investisiya səviyyəli kredit reytinqini təsdiqləyib

12:19 / 12.05.2012
“Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiqləyib. Maliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın reytinqinin investisya səviyyəsində saxlanması aparılan davamlı islahatlar nəticəsində ölkənin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsini, dinamik sosial-iqtisadi inkişafını və insanların rifah halının yaxşılaşmasını əks etdirir. Neftdən daxil olan gəlirlər və olduqca ehtiyatlı və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü əhəmiyyətli dərəcədə artırıb, nəzərə çarpan dərəcədə valyuta ehiyyatları yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb. Respublikada qeyri-neft sektorunda gedən sürətli inkişaf rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılmasına və inkişaf dinamikasının sürətləndirilməsinə, habelə yoxsulluğun əhəmiyyətli dərəcədə aşağı salınmasına, insan kapitalı ilə bağlı bir çox məsələlərin həll olunmasına zəmin yaradıb.
Agentlik Azərbaycan iqtisadiyyatinin artıq dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildiyini və ölkənin istənilən geosiyasi risklərə dayanıqlılığını da xüsusi vurğulayır.
Hazırda cərəyan edən qlobal böhran fonunda Agentlik tərəfindən Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin və demokratik inkişaf yolu ilə inamla irəliləməsinin təsdiqi Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl olaraq ölkədə həyata keçirilən iqtisadi inkişaf strategiyasının nə qədər doğru olduğunu bir daha əyani nümayiş etdirir.




Bu yazı ( 127 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar