12px14px16px18px

“Evrovision-2012” müsabiqəsi ilə bağlı Səhiyyə Nazirliyində xüsusi toplantı keçirilib

01:16 / 09.05.2012
“Evrovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakının bir çox səhiyyə müəssisələri gücləndirilmiş iş rejimdə fəaliyyət göstərəcək. Görülən işlər və müsabiqədə iştirak üçün ölkəyə gələcək qonaqların tibbi təminatını müzakirə etmək məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyevın rəhbərliyi ilə xüsusi toplantı keçirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, mahnı müsabiqəsinin iştirakçılarının və qonaqların tibbi təminatı barədə məlumat verən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev “Eurovizion –2012” mahnı müsabiqəsi ilə bağlı müvafiq tədbirlər görüldüyünü bildirib. Onun sözlərinə görə, məşqlər, eləcə də keçiriləcək müsabiqə zamanı ehtiyac olduğu halda lazımı tibbi xidmət göstərilməsi üçün 200 nəfər tibb işçisi xüsusi hazırlıq keçib müvafiq şöbələr üzrə 103 çarpayı ayrılıb. R.Nağıyev qeyd edib ki, Klinik Tibbi Mərkəzdə bütün şöbələr üzrə (terapiya, nevrologiya, kardiologiya, reanimasiya, uşaq və böyüklər üçün travmatologiya, cərrahiyyə , o cümlədən üz-çənə cərrahiyyəsi, toksikologiya, doğum, ginekologiya və yoluxucu) 40 nəfər həkim xarici dil üzrə müvafiq kurs keçib. 2 nömrəli Uşaq Klinik Xəstəxanasında da bütün şöbələrdə (pediatriya, yoluxucu, o cümlədən meningit, reanimasiya və otolorinqoloji ) xidmətlər üzrə 10 nəfər həkim xarici dil üzrə müvafiq kurslada olub. 5 nömrəli Şəhər Klinik Xəstəxanasında yanıq və reanimasiya şöbələri üzrə 4 nəfər, 5 nömrəli Doğum Evində bütün şöbələr üzrə 5 nəfər həkim xarici dil üzrə müvafiq kurs keçib. Bakı şəhər TTTYS tərəfindən ayrılmış 31 təcili yardım briqadası növbədə olacaqdır ki, onlardan 13 briqada mehmanxanalarda, 11 briqada (məşqlər zamanı, 7- müsabiqə zamanı əlavə –4 ) Kristal zalda, 5 briqada (məşqlər zamanı –4, müsabiqə zamanı əlavə –1) Əl Oyunları İdman Sarayında və 2 briqada isə Dənizkənarı Parkda növbə çəkəcək. Bu briqadaların 104 həkimi və 37 orta tibb işçisidə xarici dil üzrə müvafiq kurslarda olub. Tədbirdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri tərəfindən iaşə müəssisələrində sanitariya qaydalarına ciddi riayət olunmasına nəzarətlə bağlı məlumat verilib. Sonda nazir O. Şirəliyev belə bir tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb və bu tədbirin uğurlu, yadda qalan olması üçün bütün səylərdən istifadə olunmasının vacibliyini vurğulayıb. BƏXTİYAR


Bu yazı ( 164 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar