12px14px16px18px

Xaçmaz Elektrik Stansiyası proqnozdan əlavə enerji istehsal edib

00:39 / 01.05.2012
Bu ilin I rübündə Xaçmaz Elektrik Stansiyasında 117 milyon kilovatsaat proqnoza qarşı 118,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunub. “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, eyni zamanda bütün yağ çənlərinə, əsas yağ avadanlıqlarına qızdırıcıların qoyulması, su borularının izolyasiya olunması, həmçinin su nasosxanasının əlavə güclü qızdırıcılarla təmin edilməsi nəticəsində ötən payız-qış mövsümündə stansiyanın soyutma, yağ və qaz sistemlərində nasazlıqlar müşahidə edilməyib. İstismarda olan aqreqatlar tam işçi vəziyyətdədir. Sadəcə, zərurət yarandığı hallarda növbəli şəkildə aqreqatlara texniki qulluq həyata keçirilib.
Bu ilin əvvəlində stansiyanın texniki imkanlarının daha da gücləndirilməsi məqsədilə növbəti – 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilir. Fevral ayından başlayaraq, qaz və su borularının izolyasiyaları yenilənib. Nasosxananın yeniləşdirilməsi istiqamətində də lazımi tədbirlər görülüb.
Müəssisədə baş verə biləcək ekstremal hallara qarşı zəruri mübarizə tədbirlərinin görülməsi məqsədilə işçi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsinə də diqqət artırılıb. Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayonu üzrə ərazi idarəsi ilə bağlanan müqavilə əsasında qəza məşqi keçirilib. Bir ədəd transformatorda şərti yanğın nəzərdə tutularaq onun köpük vasitəsilə söndürülməsi tədbiri həyata keçirilib ki, bu da heyətin peşəkarlığının artırılmasına xidmət edir.
Stansiyanın texniki zəmanət müddəti artıq başa çatıb. Ötən dövr ərzində istismarda diqqətçəkici problemlər yaşanmayıb. Bunun da başlıca səbəblərindən biri işçi heyətin peşəkarlığının yüksək səviyyəyə çatdırılması, onların istənilən vəziyyətdə avadanlıqla necə davranmaq lazım gəldiyini yüksək səviyyədə icra etmək bacarığına malik olmalarıdır. Hər hansı qüsur müşahidə edildikdə isə işçi heyətin birgə səyi nəticəsində aradan qaldırılır. Bu da aqreqatların normal istismarına müsbət təsirini göstərir.
BƏXTİYAR




Bu yazı ( 99 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar