12px14px16px18px

Azərbaycan-Bolqarıstan işgüzar görüşü keçirilib

06:01 / 28.04.2012
Dünən Bolqarıstanın baş naziri Boyko Borisovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Bolqarıstan işgüzar görüşü keçirilib. AZPROMO-dan verilən məlumata görə, tədbirdə Azərbaycan və Bolqarıstandan rəsmi şəxslərlə yanaşı, tikinti, nəqliyyat, logistika, əczaçılıq, quşçuluq, şərab məhsullarının, süd və qızıl gül yağının istehsalı və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib. İşgüzar görüşdə AZPROMO-nun rəhbəri Adil Məmmədov iki ölkə arasında işgüzar əlaqələrin genişləndirilməsində ikitərəfli görüşlərin, biznes forum və sərgilərin əhəmiyyətini qeyd edib, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, bildirib ki, AZPROMO sahibkarların ixrac və investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində iş adamlarına yaxından dəstək göstərir. Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin nümayəndəsi Yordan Tenev iki ölkə arasında prioritet sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.
Sonra AZPROMO tərəfindən Azərbaycanın biznes və investisiya mühiti, Bolqarıstanın Ticarət və Sənaye Palatası və İşəgötürənlər və Sənayeçilər Konfederasiyası tərəfindən isə bu ölkənin biznes imkanlarına dair təqdimatlar keçirilib.
Tədbirdə AZPROMO ilə Bolqarıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb.




Bu yazı ( 161 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar