12px14px16px18px

Azərbaycan-Bolqarıstan işgüzar görüşü keçiriləcək

11:43 / 27.04.2012
Bu gün Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycana rəsmi səfərə gələcək. AZPROMO-dan verilən məlumata görə, Bolqarıstan rəsmisinin səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Bakıda Azərbaycan-Bolqarıstan işgüzar görüşü keçiriləcək. Tədbirdə Bolqarıstanın tikinti, nəqliyyat və logistika, əczaçılıq, quşçuluq, şərab məhsullarının istehsalı, süd məhsullarının istehsalı, kofe və çay satışı, qızıl gül yağının istehsalı və digər sahələrini təmsil edən şirkətlərin nümayəndələri iştirak edəcək.
BƏXTİYAR



Bu yazı ( 64 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar