12px14px16px18px

Azərbaycan-Dağıstan işgüzar görüşü keçiriləcək

00:50 / 26.04.2012
Bu gün Rusiya Federasiyasının Dağıstan Respublikasının Baş nazirinin müavini Rizvan Qazımaqomedovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfərə gələcək. AZPROMO-dan verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Bakıda Azərbaycan-Dağıstan işgüzar görüşü və Dağıstanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatı keçiriləcək. Tədbirdə rəsmi şəxslərlə yanaşı avtomobil, ərzaq, tütün, qənnadı məmulatları, içkilər və digər məhsulların topdan satışı ilə məşğul olan Dağıstan sahibkarları da iştirak edəcək.
BƏXTİYAR



Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar