12px14px16px18px

Dərmanların keyfiyyəti ilə bağlı reydlər keçirilib

11:37 / 25.04.2012

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən 2012-ci ilin I rübü ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunan plana, Ədliyyə Nazirliyinin yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən və İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə reydlər keçirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən ümumilikdə 95 aptekdə reyd keçirilib. Reydlər zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olan 6 aptek aşkarlanaraq fəaliyyəti dayandırılıb.
Həmçinin keçirilən reydlər nəticəsində yararlıq haqqında analiz protokolu olmayan 299 seriya 1428 qutu (bunlardan 956 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitmiş 22 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.
BƏXTİYAR



Bu yazı ( 58 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar