12px14px16px18px

“Azəriqaz”ın “qaynar xətt”inə 3602 müraciət daxil olub

00:27 / 25.04.2012

2012-ci ilin birinci rübündə “Azəriqaz” İstehsalat Birliyinin 185 nömrəli “qaynar xətt”inə” 3602 müraciət daxil olub. ARDNŞ-dən verilən məlumata görə, zənglərin 97,5 faizi (3514 zəng) Bakı şəhəri və Abşeron rayonunda yaşayan vətəndaşlar tərəfindən edilib. Müraciətlərin təqribən 63,2 faizi qaz sayğaclarının koda düşməsi, 10,1 faizi istifadə olunan qaza görə yaranmış borcun araşdırılması, 4,3 faizi qazın təzyiqinin aşağı olması, 3,3 faizi qaz xətlərindəki nasazlıq, qalan hissəsi isə müxtəlif məsələlərlə bağlı olub. Cari ilin birinci rübündə ən çox müraciət (46,3%) havaların şaxtalı keçdiyi fevral ayına təsadüf edib. Müraciətlərin 66 faizi (2387 zəng) yerli Qaz İstismar sahələrinə yönəldilib, qalan hissəsi isə “qaynar xətt”in dispetçerləri tərəfindən cavablandırılıb. “Azəriqaz” İB-nin “qaynar xətt”inə edilən bütün müraciətlər qeydə alınaraq, qurumun müvafiq struktur bölmələri tərəfindən araşdırılıb və problemlər öz həllini tapıb.
BƏXTİYAR



Bu yazı ( 77 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar