12px14px16px18px

10 min gəncin iştirak edəcəyi ekoloji layihəyə start verilib

00:24 / 25.04.2012 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Avropa Birliyi və UNİCEF ilə birlikdə yeni layihəyə başlayır. ARGTMŞ-nin mətbuat xidmətindən verilən məlumata görə, iki mərhələdən ibarət olan layihədə ümumilikdə Azərbaycanın şəhər və rayonlarından olan 10000 gəncin iştirakı nəzərdə tutulur. Son dövrlərdə ekoloji problemlərin geniş vüsət aldığını nəzərə alaraq, cəmiyyətin aktiv təbəqəsi olan gənclərin bu sahəyə diqqətini artırmaq və onların birbaşa iştirakını təmin etmək layihənin əsas məqsədidir. Layihənin birinci mərhələsi dekabr ayına kimi davam edəcək. Bu dövr ərzində Avropa ölkələrinə ezam olunan gənclər ətraf mühitin qorunmasında həmin ölkələrin təcrübəsini öyrənəcək. Daha sonra isə hər bir rayondan 25 gəncin iştirakı ilə təlimlərə start veriləcək. Təlimlərdə iştirak edəcək gənclərə ətraf mühitin qorunması ilə bağlı yeniliklər öyrədiləcək. Həmin gənclər isə növbəti mərhələdə təmsil etdikləri regionlarda mənimsədikləri yenilikləri tətbiq edəcək və bununla da ətraf mühitin mühafizəsinə öz töhfələrini vermiş olacaqlar.
BƏXTİYAR



Bu yazı ( 66 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar