12px14px16px18px

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində hesabat yığıncağı keçirilib

01:18 / 24.04.2012
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2012-ci ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarına həsr olunan geniş kollegiya iclası keçirilib. Komitədən verilən məlumata görə, tədbirdə çıxış edən QKDK sədri Rüfət Aslanlı cari ilin ilk 3 ayı ərzində dünya iqtisadiyyatında müşahidə olunan əsas meyllərdən danışaraq, qlobal iqtisadiyyatın kövrək və qeyri-bərabər artımla davam etdiyini, risklərin hələ də mövcud olduğunu qeyd edib. O, qlobal iqtisadi sistemdə gərginlik və qeyri-müəyyən proseslər fonunda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının inkişafının ötən dövrlərdə olduğu kimi, 2012-ci ilin birinci rübü ərzində də davam etdiyini diqqətə çatdırıb. Komitə sədri
I rübdə qiymətli kağızlar bazarının inkişafını qeyri-neft sektorunun yüksək templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda davam etdiyini bildirib: “2012-ci ilin əvvəlindən qısa müddətli istiqrazların emissiyası həyata keçirilməyib, İpoteka Fondunun istiqrazlarının həcmi azalıb və maliyyə təsisatları üçün tətbiq edilən “vergi tətilləri” ləğv edilib. Buna baxmayaraq son illərdə qiymətli kağızlar bazarının inkişafı üçün görülən tədbirlərin nəticəsi olaraq bazarda əməliyyatların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqaisədə 10 faiz, həcmi isə 1,6 dəfə artaraq 2,7 milyard manat təşkil edib”.
Daha sonra QKDK-nın sədr müavinləri və Aparatının rəhbəri çıxış edərək, kurasiyalar üzrə struktur bölmələr tərəfindən həyata keçirilən tədbirlər və müvafiq fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat veriblər. QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hesabat dövründə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Komitənin beynəlxalq əlaqələrinin gücləndirilməsi və ictimaiyyət üçün məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Sonda QKDK sədri R.Aslanlı “2011-2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar Bazarının İnkişafına dair” Dövlət Proqramının effektiv icrasının təmin edilməsini, digər dövlət qurumları ilə əlaqələndirilməsi ilə bağlı göstərişlər verib. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlərin göstərməsinin təşkilli sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrasını təmin etmək məqsədilə zəruri işlərin sürətləndirilməsini və Komitənin struktur bölmələrinin 2012-ci il üzrə fəaliyyət planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında icrasını təmin edilməsini diqqətə çatdırıb.
BƏXTİYAR





Bu yazı ( 98 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar