12px14px16px18px

Yeraltı suların mühafizəsi ilə bağlı tədbir keçirilib

01:14 / 24.04.2012
Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi (DİKPGL) çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) Təlim Mərkəzində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri Fakültəsinin Ekologiya mühəndisliyi ixtisası və Naxçıvan Dövlət Universitetinin (NDU) Memarlıq və mühəndislik fakültəsinin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisası, həmçinin Təbiətşünaslıq və kənd təsərrüfatı və İqtisad fakültələrinin müvafiq ixtisaslar üzrə tələbə heyəti üçün “Yeraltı suların mühafizəsi. Kənd təsərrüfatı və sənaye istehsalından yaranan çirklənmə” üzrə distant mühazirə keçirilib. DİKPGL-in ictimaiyyətlə əlaqə xidmətindən verilən məlumata görə, tədbirin açılışında AMİU-nun Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri Fakültəsinin dekanı Zakir Musayev və NDU-nun elmi işlər üzrə prorektoru Anar Kazımov distant mühazirənin məqsəd və vəzifələrindən, onun tədris prosesinə və təcrübə mübadiləsinə faydasından danışıblar. Onlar hər iki ali təhsil ocağının müəllim və tələbə heyəti üçün müasir texniki imkanlardan istifadə edərək “Yeralı suların mühafizəsi” və digər mövzular ətrafında maraqlı və faydalı beynəlxalq təcrübəni öyrənmək və müzakirə etmək üçün yaxşı imkanlar yaratdığı üçün Azərbaycan hökumətinə, Təhsil Nazirliyinə və Dünya Bankına öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, mühazirələri Almaniyanın Ziqen Universitetinin professoru Gerd Förx və Azərbaycan Memarlıq və İnşaat universitetinin müəllimi Elxan Dadaşov ediblər. Distant mühazirə torpaq və yeraltı suları; nəzarətə alınmayan tullantıların təhlükəsi; yeraltı suların su laylarının mühafizəsi; yeraltı suların mühafizəsi tədbiri kimi təkrar istifadə vasitəsi ilə tullantıların azalması mövzuları geniş əhatə edərək hər iki universitetin tələbələrinin fəal sual vermə və müzakirələr bölməsində iştirak etməsinə təkan verib.
Azərbaycanda və Almaniyada yeraltı suların mühafizəsi, mühafizə zonalarının yaradılması, bu sahədə müasir ölkələrdə istifadə olunan texnologiyalar, ölkəmizdə yeraltı suların monitorinqi və mühafizə işinin təşkili ilə tələbələrə məlumat verilib.
BƏXTİYAR




Bu yazı ( 99 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar