12px14px16px18px

Ekoloji hüquqpozmalarla bağlı araşdırma aparılıb

07:21 / 21.04.2012
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 01-15 aprel tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 110 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 49 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 28 iş üzrə 91100 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 21 iş üzrə 2188 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 162 iş üzrə 31273 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 7, icra qurumlarına isə 14 iş göndərilib.
Su ehtiyatları üzrə 3 akt, 1 protokol tərtib olunub və icrası məcburi olan 2 müddətli məcburi göstəriş verilib.
Atmosfer havasının mühafizəsi üzrə 12 akt, 2 protokol tərtib olunub, icrası məcburi olan 9 müddətli məcburi göstəriş verilib. 2 iş üzrə 11500 manat məbləğində cərimə, 52 iş üzrə 6931 manat məbləğində ödəmə tətbiq edilib.
Torpaq ehtiyatları üzrə isə 4 akt, 2 protokol tərtib edilib, icrası məcburi olan 1 müddətli məcburi göstəriş verilib. 2 iş üzrə 600 manat məbləğində cərimə, 24 iş üzrə 2049 manat məbləğində ödəmə tətbiq edilib.
Yerin təkinin mühafizəsi sahəsində 6 akt tərtib olunub və icrası məcburi olan 5 müddətli məcburi göstəriş verilib.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 26 akt, 9 protokol tərtib olunub və icrası məcburi olan 28 müddətli məcburi göstəriş verilib. 17 iş üzrə isə 27000 manat məbləğində cərimə, 41 iş üzrə 18027 manat məbləğində ödəmə tətbiq edilib.
Fauna və floranın mühafizəsi sahəsində 37 akt, 8 protokol tərtib olunub və icrası məcburi olan 4 müddətli məcburi göstəriş verilib. 7 iş üzrə 52000 manat məbləğində cərimə tətbiq edilib, dəymiş ziyana görə 17 iş üzrə 2096 manat məbləğində iddia qaldırılıb.



Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar