12px14px16px18px

Yeni elektron gömrük xidməti istifadəyə verilib

07:21 / 21.04.2012
Gömrük prosedurlarının avtomatlaşdırılması və elektron gömrük xidmətlərinin təşkili məqsədilə Dövlət Gömrük Komitəsində (DGK) geniş miqyaslı İKT layihələri tətbiq edilir. DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə yeni elektron gömrük xidməti istifadəyə verilib.
Hazırda ölkə başçısının 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələr uğurla yerinə yetirilir. Bununla əlaqədar Komitə sədrinin 25 may 2011-ci il tarixli əmrinə əsasən, DGK sistemində gömrük prosedurları və xidmətlərinin təkmilləşdirilməsi, kağız üzərində yazılı sənədlərdən istifadənin məhdudlaşdırılaraq elektron formada həyata keçirilməsi və biznes proseslərin kağızsız texnologiya əsasında qurulması, eləcə də elektron gömrük xidmətləri sahəsinin daha da genişləndirilməsi və s. tədbirlər həyata keçirilir. Bu məsələlərdən irəli gələrək, DGK daha bir elektron xidmət – “Sərnişin bəyannaməsi” elektron xidmətini istifadəyə verib. Bundan sonra fiziki şəxslər DGK-nın internet səhifəsindən (www.customs.gov.az) və ya gömrük sərhəd buraxılış məntəqələrində quraşdırılan “Gömrük” məlumat köşklərindən istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdiyi malları, o cümlədən valyuta sərvətlərini elektron formada bəyan edə bilərlər. Xatırladaq ki, təqdim olunan elektron gömrük xidməti vətandaşların gömrük sərhədindən keçidini daha da asanlaşdırmaqla gömrük nəzarətində şəffaflığı təmin edir.




Bu yazı ( 156 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar