12px14px16px18px

Beynəlxalq agentlik Azərbaycanın investisiya səviyyəli kredit reytinqini artırıb

07:20 / 21.04.2012
“Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqini investisiya səviyyəsinə yüksəldiyini qeyd edib. Agentliyin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycanın reytinqinin investisiya səviyyəsinə qaldırılması ölkənin son illərdə neftdən daxil olan gəlirlər hesabına maliyyə gücünün əhəmiyyətli dərəcədə artmasını və respublikada qeyri-neft sektorunda gedən sürətli inkişafını əks etdirir. Azərbaycanda artıq güclü və çoxşahəli iqtisadiyyətin yaranmasını və ölkənin istənilən iqtisadi, habelə geosiyasi risklərə də dayanıqlılığını da xüsusi vurğulanır. Beləliklə, dünyanın bütün nüfuzlu reytinq agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqi investisya səviyyəsinədək qaldırılıb. Beləki, “Fitch” beynəlxalq reytinq agentliyi 2010-cu ilin may ayında, “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi 2011-ci ilin dekabr ayında və nəhayət “Moody’s” beynəlxalq reytinq agentliyi isə aprel ayında Azərbaycanın reytinqini investisiya səviyyəsinə yüksəldiyini qeyd edib.
Dünya iqtisadiyyatında suveren borc böhranının davam etdiyi bir vaxtda ölkəmizin kredit reytinqinin yüksəldilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan və iqtisadiyyatın bütün sahələrini əhatə edən ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətləndirilməsinin təzahürüdür.



Bu yazı ( 159 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar