12px14px16px18px

Ölkənin tikinti kompleksində dinamik inkişaf müşahidə olunub

07:19 / 21.04.2012
2012-ci ilin I rübündə ölkənin tikinti kompleksində dinamik inkişaf davam edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bütün maliyyə mənbələrindən əsas kapitala 2,1 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,5 faiz çox vəsait yönəldilib, onun 72,8 faizi daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayələrin 47,1 faizi məhsul istehsalı, 52,9 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 56,3 faizini təşkil edib.
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Gəncə şəhərində Alüminium zavodu Kompleksi, Goranboy rayonunda Şahmat Məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Masallı rayonunda soyuducu anbar və istixana kompleksləri istifadəyə verilib. Bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 331,0 min kvadrat metr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana və 140 yerlik klub tikilib.





Bu yazı ( 37 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar