12px14px16px18px

“Təmiz Şəhər” ASC Kopenhagendə keçirilən “Tullantılar və iqlim” konfransında iştirak edib

07:18 / 21.04.2012
19-20 apreldə Danimarkanın Kopenhagen şəhərində II “Tullantılar və iqlim”” konfransı keçirilib. Dünyanın 20 ölkəsindən 105 nümayəndənin iştirak etdiyi konfransda ölkəmizi “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti təmsil edib. ASC-dən verilən məlumata görə, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov konfransın panel iclasındakı çıxışı zamanı tullantıların idarəedilməsi sahəsində Azərbaycanda görülən işlər haqqında iştirakçılara geniş məlumat verib. O, bu sahədə Azərbaycan təcrübəsinin digər MDB və Şərqi Avropa ölkələri üçün uğurlu nümunə ola biləcəyini vurğulayıb, eləcə də qonaqları maraqlandıran sualları cavablandırıb.
Tullantıların idarəolunması resursların səmərəliliyinin artırılması və iqlim dəyişikliyinin qarşısının alınmasında böyük əhəmiyyətə malikdir. Məhz bu səbəbdən sözügedən konfrans tullantıların idarəolunmasının iqlim dəyişikliyinin qarşısının alınmasında roluna həsr olunub. Konfransın keçirilməsində məqsəd aparıcı alimlərin və tullantıların idarəolunması ilə məşğul olan müəssisələrin ismarıclarını dünya ictimaiyyətinə çatdırmaqdır.




Bu yazı ( 24 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar