12px14px16px18px

Ötən ay ərzaq məhsullarında 0,7 faiz bahalaşma müşahidə edilib

10:33 / 20.04.2012
2012-ci ilin mart ayında ərzaq məhsullarının qiymətlərinin 0,7 faiz bahalaşması, qeyri-ərzaq mallarının qiymətlərinin 0,1 faiz ucuzlaşması və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşmasına səbəb olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində ərzaq məhsullarından unun, mal və qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə və sterilizə olunmuş üzlü südün, kərə yağının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, qoz və fındığın, pomidor və xiyarın qiyməti bahalaşıb. Düyünün, qarabaşaq yarmasının, çörəyin, makaron məmulatlarının, toyuq ətinin, pasterizə olunmamış üzlü südün, yumurtanın, günəbaxan və zeytun yağlarının, limonun, portağalın, şabalıdın, göyərtinin, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun və s. məhsulların qiymətləri isə ucuzlaşıb. Mart ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarından parket üçün lakın, kəsilmiş taxtaların, ağac lifli lövhələrin, sementin, mebellərdən mətbəx üçün mebel dəstinin qiymətləri ucuzlaşıb, nitro və yağlı boyaların, parketin, ağac yonqar lövhələrin, kərpicin, mebellərdən mətbəx üçün stolun, çarpayının qiymətləri isə bahalaşıb. BƏXTİYAR  


Bu yazı ( 68 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar