12px14px16px18px

“Azərikimya” İstehsalat Birliyinin yeni obyektləri istifadəyə verilib

10:20 / 20.04.2012
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda olub. “Azərikimya” İstehsalat Birliyindən verilən məlumata görə, şirkət rəhbəri müəssisənin EP-300 istehsalatının əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş inzibati binasının açılışında iştirak edib. R.Abdullayev EP-300 istehsalatının kollektivi üçün inşa edilən yeni inzibati bina ilə, kimyaçılar üçün burada yaradılan müasir iş və məişət şəraiti ilə tanış olub. İnzibati bina ilə tanışlıqdan sonra ARDNŞ-in prezidenti Sumqayıtda ilk dəfə olaraq yaradılmaqda olan, neft-kimya kompleksi üçün yüksək ixtisaslı, peşəkar fəhlə kadrların hazırlanmasında, onların peşə və ixtisaslarının artırılmasında mühüm rol oynayacaq Təlim-tədris Mərkəzindəki tamamlama işləri ilə də tanış olub. R.Abdullayev daha sonra keçmiş Səthi aktiv maddələr zavodunun geniş ərazisində Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə bağlı aparılan ilkin işlərin gedişi ilə tanış olub. Burada jurnalistlərin suallarını cavablandıran şirkət rəhbəri bildirib ki, kimyaçılar 2011-ci ili uğurla başa vurub və bu ilin ilk rübündə də yüksək istehsalat göstəriciləri ilə öndədir. O, Birlik üzrə kimyəvi məhsulların maya dəyərinin xeyli aşağı salındığını, məhsuldarlığın isə kifayət qədər yüksəldiyini diqqətə çatdırıb: “Ən mühümü isə odur ki, son iki il ərzində kimyaçıların orta əmək haqqı 2009-cu illə müqayisədə 2 dəfədən də çox artıb, onların maddi-rifahı, yaşayış səviyyəsi yüksəlib”.
BƏXTİYAR



Bu yazı ( 72 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar