12px14px16px18px

Ağdamın Bənövşələr qəsəbəsinə təbii qaz verilib

10:10 / 20.04.2012
Ağdam rayonunun Bənövşələr qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. ARDNŞ-dən verilən məlumata görə, tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Burada qeyd edilib ki, 463 abonenti olan Bənövşələr qəsəbəsinin qazlaşdırılması məqsədilə aparılan tikinti işləri zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 11000 metr olan müxtəlif diametrli polietilen borularla qaz xətti çəkilib, 463 ədəd sayğac, tənzimləyici və qaz piltələri quraşdırılıb. Çıxış edən ictimaiyyət nümayəndələri qəsəbənin təbii qazla təchiz olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
BƏXTİYAR  


Bu yazı ( 67 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar