12px14px16px18px

Joze Qratsiano da Silva: “Azərbaycan qarşıya qoyulan öhdəlikləri yerinə yetirir”

02:03 / 19.04.2012
Dünən kənd təsərrüfatı naziri İsmət Abasovla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva arasında görüş keçirilib. Görüşdə Joze Qratsiano da Silva Azərbaycanın artıq 12 ildir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzvü olduğunu deyib. O, ölkəmizin bu illər ərzində təşkilatın beynəlxalq tədbirlərində fəal iştirak etdiyini və qurumun qarşıya qoyduğu öhdəlikləri yerinə yetirdiyini diqqətə çatdırıb: “Ölkənizdə olmaqdan məmnunam. Azərbaycanla təşkilat arasında əlaqələr yüksələn xətlə inkişaf edir”.
Bakıda keçirilən FAO-un Avropa üzrə 28-ci Regional Konfransına da toxunan qurumun baş direktoru vurğulayıb ki, beynəlxalq tədbirlərin burada keçirilməsi Azərbaycanın geniş imkanlara malik olduğunu bir daha sübut edir.
Kənd Təsərrüfatı naziri İsmət Abasov bildirib ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, aqrar sahədə də inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu sektorun inkişafına hər il dövlət büdcəsindən vəsait ayırır. Son 5 ildə Azərbaycan iqtisadiyyatında ümumdaxili məhsul bir neçə dəfə artıb. Kənd təsərrüfatının inkişafı məqsədilə həyata keçirilən layihələrdən də danışan nazir əlavə edib ki, hazırda 4 layihə tamamlanıb, 9 layihənin işi isə davam etdirilir: “Gələcəkdə isə qurumun region ofisinin yaradılması və birgə layihələrin hazırlanması planlaşdırılır. Bu da ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verəcək”.
Görüşdə təşkilatın fəaliyyətinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
BƏXTİYAR



Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar