12px14px16px18px

Füzulinin Aşağı Yağlıvənd kəndinə ilk dəfə təbii qaz verilib

02:03 / 19.04.2012

Füzuli rayonun Aşağı Yağlıvənd kəndinə ilk dəfə olaraq təbii qaz verilib. ARDNŞ-dan verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, 300 abonenti olan Aşağı Yağlıvənd kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 15901 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 300 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Çıxış edən ictimaiyyət nümayəndələri Aşağı Yağlıvənd kəndinə ilk dəfə ‘’mavi yanacaq’’ verilməsinə görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, rayonun digər kəndlərinin yaxın vaxtlarda təbii qazla təmin edilməsi istiqamətində də işlər davam etdirilir.
BƏXTİYAR



Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar