12px14px16px18px

Martda bir sıra kənd təsərrüfatı məhsullarında bahalaşma müşahidə edilib

02:01 / 19.04.2012


Mart ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,2 faiz bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə dəyişməz qalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,3 faiz, kələmin 24,4 faiz, kartofun 0,3 faiz, yoncanın istehsalçı qiymətləri 1,1 faiz bahalaşıb, göyərtilərin istehsalçı qiymətləri 8,1 faiz, xiyarın 14,5 faiz, baş soğanın istehsalçı qiymətləri isə 0,6 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,2 faiz, fındığın 1,4 faiz, şabalıdın 4,9 faiz, qozun istehsalçı qiymətləri 0,7 faiz bahalaşıb, limonun istehsalçı qiymətləri isə 6,1 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından 1 yaşdan 2 yaşadək olan dişi dananın istehsalçı qiymətləri 0,6 faiz, inək südünün 2,2 faiz, camış südünün 0,8 faiz, 1 yaşadək quzunun 0,8 faiz, cavan hind toyuğunun 16,8 faiz, mal və qoyun ətlərinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 0,8 və 0,3 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində 1 yaşdan 2 yaşadək olan erkək dananın istehsalçı qiymətləri 1,3 faiz, camışın 2,3 faiz, 1 yaşdan yuxarı şişəyin 3,3 faiz, yumurtanın 0,4 faiz, quş və donuz ətlərinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 2,9 və 1,6 faiz ucuzlaşıb.
Balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 2,1 faiz bahalaşma müşahidə olunub.
BƏXTİYAR



Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar