12px14px16px18px

Əmlak Məsələləri Dövlət Komitəsi vasitəsilə büdcəyə 1 milyon manata yaxın vəsait daxil olub

14:44 / 18.04.2012 012-ci ilin ötən birinci rübü ərzində Əmlak Məsələləri Dövlət Komitənin fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin təşkili ilə bağlı işləri həyata keçirilib və komitənin internet saytında elektron xidmətlər bölməsi fəaliyyət göstərir. Komitədən verilən məlumata görə, yaxın günlərdə bu bölmə vasitəsi ilə vətəndaşlara, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın qeydiyyatı və müvafiq arayışların alınması ilə bağlı elektron xidmətlərin göstərilməsinə başlanacaq. Eyni zamanda bu ilin birinci rübündə 60-dan çox müəssisə və obyektdə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanması vəziyyəti araşdırılıb. “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat”ı təqdim etməli olan 6280 dövlət müəssisəsi və təşkilatından 5485 xüsusi hesabatların alınması təmin edilib. Cari ilin birinci rübündə nizamnamə kapitalında dövlətin payı olan 293, komitənin sərəncamında olan 91 dövlət müəssisəsi inventarizasiya aktlarını təqdim ediblər. 2012-ci ilin ilk üç ayında 6393 hüquqi şəxs statuslu dövlət müəssisələri və onların 6232 filiallarının malik olduğu 135760 daşınmaz əmlakları barədə məlumatların, müəssisə və təşkilatlardan alınmış hesabatların araşdırılması nəticəsində dəqiqləşdirilməsi işi davam etdirilib. Rüb ərzində ümumilikdə kiçik özəlləşdirmə formasında 160 dövlət müəssisə və obyekt, eləcə də 100-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Bundan əlavə ilin ilk üç ayı ərzində 120 qeyri-yaşayış sahəsi icarəyə verilib və torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında 110-a yaxın icarə müqaviləsi bağlanıb. Qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən hesabat dövründə dövlət büdcəsinə 1 milyon manata yaxın vəsait daxil olub. 2012-ci ilin ilk üç ayında respublika üzrə 32500-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bununla yanaşı, hesabat müddətində 7000-ə yaxın ipoteka müqaviləsi və yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Eləcə də hesabat müddətində 31000-ə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və ya torpaq sahəsinin plan və ölçüsü tərtib edilib. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 22000-ə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 6000-dən çox digər müxtəlif məzmunlu arayışlar verilib. İlin I rübündə vətəndaşlardan komitədə fəaliyyət göstərən qaynar xəttlərə 100-ə, rəsmi internet səhifəsi vasitəsi ilə isə 70-ə yaxın on-line müraciət daxil olub. Daxil olan müraciətlərin qeydiyyata alınaraq operativ cavablandırılması təmin edilib. BƏXTİYAR


Bu yazı ( 64 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar