12px14px16px18px

“Azərsu”da invenrtarlaşdırma işləri aprelin sonunda yekunlaşacaq

14:44 / 18.04.2012
 “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Bakı, Abşeron və Sumqayıt Sukanal İdarələrinin abonent bazasının təkmilləşdirilməsi, istehlakçılara göstərilən xidmətin, yaranmış borcların dəqiq uçotunun aparılması, sayğacların texniki vəziyyətinin qeydə alınması, mənzildə qeydiyyatda olanların, həmçinin faktiki yaşayanların sayının müəyyən edilməsi məqsədilə apardığı inventarlaşdırma işləri aprelin 20-nə qədər başa çatdırılacaq. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, aparılan araşdırmalar və inventarlaşdırma işlərinin ilkin nəticələri göstərir ki, bəzi abunəçilər üzrə su təchizatı və kanalizasiya xidmətlərinin faktiki sərfiyyatı ilə abonent bazasında qeydə alınmış rəqəmlər arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda bəzi mənzillərdə sayğac işləməsə də, bu barədə nəzarətçilərə məlumat verilmir və ya onların bunu qeydə almasına şərait yaradılmır. Bunlardan başqa sayğacsız mənzillərin bir qismində bir nəfər qeydiyyatda olduğu halda, faktiki olaraq burada daha çox insanın yaşadığı aşkarlanıb. Bu isə sərfiyyatın süni şəkildə azaldılmasına gətirib çıxarır. Yuxarıda sadalanan uyğunsuzluqları aşkarlamaq, abonent bazasının dəqiqləşdirilməsi üçün aparılan inventarlaşdırma işlərinin bütün abunəçiləri əhatə etməsi olduqca vacibdir. Təəssüflər olsun ki, “Azərsu” ASC-nin əməkdaşlarının dəfələrlə müraciət etməsinə baxmayaraq, bəzi vətəndaşlar onların mənzilə daxil olmasına şərait yaratmır. “Su təchizatı və tullantı suları” haqqında Qanunun 50-ci maddəsinə əsasən “Azərsu” əməkdaşları qanunvericilikdə müəyyən edilmiş qaydada abunəçiyə əvvəlcədən bildirməklə öz vəsiqələrini təqdim edərək su təchizatı və tullantı suları axıdılan obyektə baxmaq hüququna malikdir və vətəndaşlar buna şərait yaratmağa borcludurlar. Bunları nəzərə alaraq, “Azərsu” ASC abunəçilərdən xahiş edir ki, vəsiqələrini təqdim edən əməkdaşlara inventarlaşdırma işləri aparmaq üçün lazımi şərait yaratsınlar. BƏXTİYAR


Bu yazı ( 61 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar