12px14px16px18px

Mart ayında sənaye məhsullarında bahalaşma müşahidə edilib

14:44 / 18.04.2012
Mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 4,7 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 105,2 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,3 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,4 faiz bahalaşıb. Mart ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 102,0 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 3,4 faiz, kimya sənayesi üzrə 2,8 faiz, tikinti məmulatlarının istehsalı üzrə 2,6 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 2,3 faiz, toxuculuq sənayesi üzrə 0,6 faiz bahalaşıb. Tütün məmulatlarının istehsalı üzrə 9,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 6,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 2,4 faiz, metallurgiya sənayesi üzrə 2,0 faiz, qida məhsullarının istehsalı üzrə 1,3 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,5 faiz, poliqrafiya fəaliyyəti, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,4 faiz, içki istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı, elektrik avadanlıqlarının istehsalı və mebel istehsalı üzrə 0,2 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşma müşahidə edilib. BƏXTİYAR


Bu yazı ( 57 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar