12px14px16px18px

Azərbaycanda İSO sertifikatı ilə işləyən ilk reklam şirkəti

14:43 / 18.04.2012  
Son illər ölkəmizdə reklam işinin inkişafı istiqamətində xeyli uğurlar qazanılmışdır. Dünya reklam bazarının gücləndiyi bir dövrdə Azərbaycanda da bu sahəyə diqqət yetirilməsi, əslində dövrün tələbi idi. Azərbaycanda reklam bumu ötən əsrin 90-cı illərində başladı və insanlar illərlə informasiya qıtlığında yaşadıqlarından bu reklamlar onlar üçün bir növ “qida” mənbəyi rolunu oynadı. Həmin dövrdə hansısa reklamda səslənənlər hətta dillər əzbərinə çevrilirdi. Küçələrə vurulmuş reklam lövhələri isə diqqətlə izlənirdi. Sonralar məlumat mənbələrinin sayı artdıqca insanlar daha az reklamları yadda saxlamağa və nəzər yetirməyə başladı. Əvvəllər televiziya, qəzet və radio mənbələri var idisə, indi küçədə hər addımbaşı yerləşdirilmiş bilbordlar, İnternetdə banerlər, mağazalarda asılan plakatlar, evlərə və hətta ofislərimizə göndərilən kitabcalar reklam daşıyıcılarıdırlar. İndi reklamın bu və ya digər dərəcədə bazarı formalaşmaqla yeni ənənələri yaranmaqdadır,-deyə Azərbaycanda İSO sertifikatı ilə işləyən ilk reklam şirkəti “RM İstanbul reklam market”ın baş direktoru Kaya Karslı soyləyir. O, indi 10 yaşını qeyd edən şirkətin yaranma tarixindən də həvəslə danışır: 1996-cı ildə reklam sektoruna girdik, uzun illər satıs işində və Azərbaycanın ən böyük sirkətində 8 il market işində çalışdım. 2003 ildə “İstanbul reklam marketi” yaratmaq qərarına gəldik. Devzimiz “Böyük dusunun...” oldu. Biz buna həm inandıq, həm də reklam işində uğurlar qazanmaqla, bu uğurları Azərbaycana da qazandırdıq. Azərbaycanda İSO sertifikati işləyən ilk reklam şirkəti olduq. Kaya bəy reklam işindən danışarkən deyir ki, reklamın əhəmiyyəti əmtəə və xidmətlərin mövcudluğunu geniş auditoriyaya çatdırmaqdır. Reklam pullu fəaliyyət növüdür, həm də incəsənətin bir çox elementlərindən istifadə baxımından mədəniyyət aktıdır. Biz də onun fikirlərinə şərik olur və başçılıq etdiyi “RM İstanbul- reklam market”in çoxsaylı kollektivini 10 yaş münasibəti ilə təbrik edirik.


Bu yazı ( 58 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar