12px14px16px18px

Məhəmməd Peyğəmbərin doğum günündə inanclı xanımlar bir araya gəlib

00:14 / 17.04.2012
Aprelin 15-də Həzrəti Məhəmməd Peyğəmbərin (s.a.v.) doğum gününə həsr edilən “İslamda bərabərlik və birlik” mövzusunda tədbir keçirilib. Gəncliyə Yardım Fondunda Qarabağ Seyid Ocaqlarının təşəbbüsü ilə keçirilən tədbirdə inanclı xanımlar iştirak edib.
Tədbirin əvvəlində “Qurani-Kərim”dən ayələr oxunub. Daha sonra Qarabağ Seyid Ocaqlarının təmsilçisi, hüquqşünas, araşdırmaçı Sevinc Əzimbəyli “İslamda birlik və bərabərlik” mövzusunda geniş məruzə ilə çıxış edib. O bildirib ki, tədbirin keçirilməsində məqsəd cəmiyyətdə təriqətlərarası dözümlülük, tolerantlıq münasibətlərinin təbliğatını artırmaqdır.
Sevinc Əzimbəyli ölkə müsəlmanlarının din və dövlət münasibətlərində birlik və bərabərlik içərisində Azərbaycan dövlətçiliyinin bütövlüyünə xidmət etməsinin vacibliyini diqqətə çatdırıb: “Azərbaycanda milli və dini tolerantlığın ən yüksək səviyyədə olması dövlətin apardığı uğurlu siyasətin nəticəsidir. Mənəvi irsimizin əsl təəssübkeşi isə Azərbaycan dövlətidir. Ancaq bu münbit şəraitdən sui-istifadə edən bəzi zərərli qüvvələrin, özlərinə “dindar” deyən şəxslərin olması İslama və onun Peyğəmbərinə qarşı gəlməkdir. İslam dini insanları inama, birliyə çağırır. İslam sevgi, mərhəmət, barış, qardaşlıq, dostluq, əmin-amanlıq dinidir. Məhəmməd Peyğəmbər (s.a.v.) insanlığın öndəridir. Dövlətçiliyə bağlı milli məfkurə daşıyıcısı olan gerçək inanc adamları din və dövlət münasibətlərində fəal olması dinimizdə xeyir-savab əməllərin sahibi kimi xarakterizə olunur”.
BƏXTİYAR



Bu yazı ( 123 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar