12px14px16px18px

İnformasiya texnologiyaları, keyfiyyəti idarəetmə sistemləri və elmi-tədqiqat işlərinin hesabatları ilə bağlı dövlət standartları təsdiqlənib

00:13 / 17.04.2012
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi İnnovasiyalar Mərkəzi tərəfindən işlənmiş AZS 641-2012 “Elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin hesabatlarının strukturu və tərtib olunma qaydaları” dövlət standartını təsdiq edib. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, standart elmi, texniki hesabatların quruluşuna və tərtib olunma qaydalarına ümumi tələbləri və həmçinin informasiya sistemində hesabatın emalını mükəmməlləşdirməklə informasiya mübadiləsinə kömək edən vahid tərtibetmə qaydalarını müəyyənləşdirir. Standart AMEA-nın institutları, sahələr üzrə elmi-tədqiqat, layihə-konstruktor institutları, ali təhsil müəssisələri, elmi-istehsalat və istehsalat birlikləri, sənaye müəssisələri, səhmdar cəmiyyətləri və digər təşkilatlar tərəfindən aparılan bütün elm sahələri üzrə fundamental, tətbiqi elmi-tədqiqat, təcrübi-konstruktor işləri haqqında hesabatlara şamil olunur.
“İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitə tərəfindən təqdim edilmiş AZS 643-2012 (İSO/İEC 2382-7:2000) “İnformasiya texnologiyaları. Hissə 7. Kompüter proqramlaşdırması”, AZS 644-2012 (İSO/İEC 2382-28:1995) “İnformasiya texnologiyaları. Hissə 28. Süni intellekt-əsas anlayışlar və ekspert sistemləri”, AZS 645-2012 (İSO/İEC 2382-34:1999) “İnformasiya texnologiyaları. Hissə 34. Süni intellekt-neyron şəbəkələri” dövlət standartları da təsdiqlənib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS İSO 9000-2012 “Keyfiyyəti idarəetmə sistemləri. Əsas müddəalar və lüğət dövlət” standartını da təsdiq edib. “Keyfiyyətin idarə olunması sahəsi üzrə” Texniki Komitə tərəfindən hazırlanmış standart İSO 9000 standartlar qrupunun obyekti olan keyfiyyəti idarəetmə sisteminin ümumi müddəalarını təsvir edir.
BƏXTİYAR





Bu yazı ( 116 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar