12px14px16px18px

ARDNŞ I rübdə dövlət büdcəsinə 126 milyon 608 manat vəsait ödəyib

00:29 / 14.04.2012
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin mart ayında dövlət büdcəsinə 126 milyon 608 min manat vəsait ödəyib. ARDNŞ-dən verilən məlumata görə, bu göstərici 2011-ci ilin mart ayı ilə müqayisədə 51 milyon 270 min manat və ya 168,1 faiz çoxdur. Ümumiyyətlə, 2012-ci ilin yanvar-mart aylarında büdcəyə 322 milyon 422 min manat ödənib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 62 milyon 250 min manat və ya 123,9 faiz çox olub.
Bundan əlavə, cari ilin mart ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 882 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin mart ayına nisbətən 2 milyon 10 min manat və ya 120,4 faiz çox olub. Ümumiyyətlə, 2012-ci ilin yanvar-mart aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 35 milyon 600 min manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 439 min manat və ya 118 faiz çox olub.
BƏXTİYAR



Bu yazı ( 181 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar