12px14px16px18px

Yasamal rayonunda su xətti yenisi ilə əvəzlənir

00:28 / 14.04.2012 Paytaxtın bir sıra ərazilərində mövcud su xətlərində təmir-bərpa və yeni xətlərin çəkilməsi işləri aparılır. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu məqsədlə paytaxtın Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsindən keçən, uzun müddət istifadədə olan yararsız su borularının dəyişdirilməsinə başlanılıb. İstehlakçıların içməli su təchizatının daha da yaxşılaşdırmaq və itkilərin qarşısını almaq məqsədi ilə küçə boyunca 1450 metr uzunluğunda çuqun borulardan ibarət mövcud magistral su kəməri 500 mm diametrli polietilen borularla əvəzlənir. Buna paralel olaraq ətraf küçələri və məhəllələri içməli su ilə təmin etmək üçün marşrut boyunca 250 mm diametrli polietilen borularla 800 metr uzunluğunda köməkçi su xətti də çəkilir.
Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin aprel ayının sonuna qədər tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Yasamal rayonu İ.Qutqaşınlı küçəsi və ona yaxın ərazilərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq və su itkilərinin qarşısı alınacaq.
BƏXTİYAR



Bu yazı ( 182 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar