12px14px16px18px

“Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninqlər keçirilib

00:28 / 14.04.2012 Aprelin 12-13-də İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninqlər keçirilib.
Tədbirdə Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinin əməkdaşları və eləcə də ali təhsil ocağının tələbələri iştirak edib.
Treninqlərin keçirilməsində məqsəd gənclərin biznes ideyanın yaradılması və biznesin təşkili sahəsində məlumatlandırılması, praktiki bacarıqların və beynəlxalq təcrübənin aşılanması, eləcə də gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsidir.
2 gün davam edən treninqlərdə iştirakçılara biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahələrdə mövcud beynəlxalq təcrübə, istehsal-satış, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, treninq iştirakçılarına həmçinin, Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
BƏXTİYAR



Bu yazı ( 172 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar