12px14px16px18px

Bakıda Ümumdünya Gömrük Təşkilatının konfransı keçirilib

00:23 / 14.04.2012
Gömrük Komitəsindən verilən məlumata görə, 36 ölkənin nümayəndə heyətlərinin, eləcə də 18 ölkənin-Almaniya, Türkiyə, İsveç, İsveçrə, Danimarka, Norveç, Polşa, İspaniya, Makedoniya, Lüksemburq, Serbiya, İrlandiya, Estoniya, İslandiya, Çexiya, Malta və s. ölkələrin gömrük xidməti rəhbərlərinin qatıldığı konfransda, ümumilikdə 84 əcnəbi qonaq, o cümlədən Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya, ÜGT-nin sədri, xanım Josefin Fihili, ÜGT Maliyyə Komitəsinin sədri Tomas Şönek, ÜGT-nin Avropa Regionu üzrə həmsədri Byorn Ross, Avropa Komissiyası Vergi və Gömrük Baş Direktorluğunun bölmə rəhbəri Peter Kovaç və bir sıra məsul vəzifəli şəxslər iştirak edib.
Konfransın açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və ÜGT-nin Avropa regionu üzrə sədr müavini Byorn Ross çıxış ediblər.
Avropa regionu Ümumdünya Gömrük Təşkilatının ən aparıcı, lider regionu sayılır, məhz buna görə də Ümumdünya Gömrük Təşkilatının illik sessiyasından sonra əhəmiyyətinə görə hər il keçirilən tədbirlər sırasında ikinci yerdə qərarlaşan bu konfransda ÜGT-nin illik əsas strategiyası, siyasi məsələləri, eyni zamanda bu mötəbər quruma keçiriləcək seçkilər, Avropa regionuna aid, eləcə də bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur.
Xatırladaq ki, beynəlxalq konfrans çərçivəsində Azərbaycanla Makedoniya arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanıb.
BƏXTİYAR


Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar