12px14px16px18px

“Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib

00:51 / 13.04.2012
Şəkidə İqtisadi İnkişaf Nazirliyinin (İİN) Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün “Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib.
İİN-in yaydığı məlumata görə, tədbirdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub, xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin formalaşdırılması və s. barədə ətraflı məlumat verilib. Eyni zamanda bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib. Tədbir zamanı həmçinin, www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumatlar verilib.
Seminar çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
BƏXTİYAR



Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar