12px14px16px18px

Xətai prospektində su xətti və kanalizasiya boruları dəyişdirilir

00:17 / 12.04.2012
Yay rejiminə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) paytaxtın bir sıra ərazilərində mövcud xətlərdə təmir-bərpa və yeni xətlərin çəkilməsi işləri aparır. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu məqsədlə paytaxtın Nərimanov rayonu Xətai prospektindən keçən, uzun müddət istifadədə olan yararsız su borularının və qəzalı vəziyyətdə olan kanalizasiya xətlərinin dəyişdirilməsinə başlanılıb. İstehlakçıların içməli su təchizatını daha da yaxşılaşdırmaq və itkilərin qarşısını almaq məqsədi ilə prospekt boyunca 2400 metr uzunluğunda çuqun borulardan ibarət mövcud magistral su kəməri 200 mm diametrli polietilen borularla əvəzlənir. Bununla paralel olaraq ətraf küçələri və məhəllələri içməli su ilə təmin etmək üçün marşrut boyunca 160 mm diametrli polietilen borularla köməkçi su xətti də çəkilir. Layihəyə uyğun olaraq Xətai prospektində kanalizasiya kollektoru da yenilənir. Bu məqsədlə 1000 mm diametrli metal borularla yeni kanalizasiya xətti çəkilir.
Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin aprel ayının sonuna qədər tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Nərimanov rayonu Xətai prospektində içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq və su itkilərinin qarşısı alınacaq.
BƏXTİYAR






Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar