12px14px16px18px

Bir sıra rayonların ərazilərində suyun verilməsində fasilələr olacaq

00:15 / 11.04.2012
Tədbirlər proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yay rejiminə hazırlıqla əlaqədar içməli suyu mənbələrdən Abşeron yarımadasına nəql edən magistral kəmərlərdə təmir-profilaktika işlərinə başlanılıb. Bu məqsədlə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Maştağa Su anbarına su nəql edən iki magistral kəmərin birində təmir-bərpa işləri aparılır. Yenidənqurma işləri çərçivəsində magistral kəmərin vəziyyəti yoxlanılır, təmirə ehtiyac olan hissələr bərpa edilir, nasaz siyirtmələr yeniləri ilə əvəzlənir. Bununla əlaqədar Saray, Mehdiabad, Novxanı bağları ərazisinə, həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
BƏXTİYAR




Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar