12px14px16px18px

Sumqayıtda səyyar tibbi müayinə keçirilib

00:14 / 11.04.2012
Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Beynəlxalq Sağlamlıq günü münasibətilə Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan əhali üçün yerli səhiyyə şöbəsinin yüksək ixtisaslı həkim mütəxəssislərinin iştirakı ilə səyyar tibbi müayinələr keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sakinlərə terapevtik, pediatrik, cərrahi, nevroloji, otolarinqoloji, stomatoloji, ginekoloji, oftalmoloji, endokrinoloji tibbi xidmətlə yanaşı ultrasəs, elektrokardioqrafik və laborator müayinələr də aparılıb.
Səyyar tibbi xidmətdə müraciət edən 679 nəfərə 1492 tibbi müayinə göstərilib. Müraciət edənlərdən 375 nəfəri uşaqlar olub. Müayinə zamanı 188 nəfər ultrasəs müayinəsindən, 64 nəfər elektrokardioqrafik müayinədən, 145 nəfər isə laborator müayinədən keçirilib, 27 uşaq “sünnət” edilib. Xroniki xəstəliklə aşkarlanan xəstələr qeydiyyata götürülüb və ehtiyacı olan xəstələr stasionar müalicəyə göndərilib. Bütün hallarda müayinə olunan xəstələrə məsləhətlər verilib və ambulator müalicə təyin edilib. Müayinə zamanı terapevtik və pediatrik xəstələrə dərman preparatları da paylanıb.
Qeyd edək ki, Sumqayıt şəhər səhiyyə şöbəsi şəhərin ucqar yaşayış massivlərində əhaliyə səyyar tibbi müayinələrin aparılması işini davam etdirəcək.
BƏXTİYAR



Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar